featured-image-62634

“Neftçi”nin daha bir futbolçusu yubiley oyununa çıxıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi Höccət Haqverdi Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib.

Bu, 26-cı turda “Turan Tovuz”la (1:1) keçirilən görüşə təsadüf edib. Daha əvvəl ölkəmizdə “Sumqayıt”da oynamış 32 yaşlı arxa xətt oyunçusu “kimyaçılar”ın heyətinə 40 dəfə meydana çıxıb. Haqverdi “Neftçi” forması altında isə 60 qarşılaşmada iştirak edib.

Müdafiəçi çempionatımızda 2021-ci ilin yanvarında debüt edib. O, 2020-21 mövsümündə “Şamaxı” ilə səfər matçında “Sumqayıt”ın formasını geyinib.

Qeyd edək ki, yarımmüdafiəçi Emin Mahmudov Azərbaycan çempionatlarında “Neftçi”nin heyətində 200 oyun keçirib.

Bənzər xəbərlər