"Neftçi"nin ev, "Sabah"ın səfər sınağı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Msport.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçiriləcək.
“Kəpəz” “Sabah”la qarşılaşacaq. Matç saat 16:00-da başlayacaq. Paytaxt klubu 28 xalla 5-ci, Gəncə təmsilçisi 14 xalla 10-cu yerdədir.
Günün ikinci görüşündə “Şamaxı” “Neftçi”nin qonağı olacaq. “Ağ-qaralar” hazırda 18 xalla 7-ci, qonaqlar 17 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
III dövrə, XXI tur
31 yanvar
16:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu.
18:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi Arena”
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.