“Neftçi”nin hücumçusu “Zirə” ilə oyunu buraxacaq
Bu gün Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağı olacaq.
Msport.az xəbər verir ki, “ağ-qaralar” oyuna itki ilə çıxacaq.
Bassala Sambu zədə səbəbindən bugünkü görüşdə də iştirak edə bilməyəcək. Zədəsini sağaltmaqla məşğul olan forvard artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda paytaxt dermisi saat 19:30-da start götürəcək.
Hazırda “Zirə” turnir cədvəlində 44 xalla 4-cü, “Neftçi” isə 43 xalla 5-ci yerdədir.







