featured-image-62305

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, komitə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları zamanı yaşanmış neqativ halları qiymətləndirib.

“Kəpəz”lə görüşdə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalandırılıb, klubunu 1500 manat xərcə salıb.

“Araz-Naxçıvan”la matçda 5 üzvü sarı vərəqə alan “Zirə” 700 manat cərimələnib. Qarşılaşmada “Zirə”nin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr işlənib. Bu hal isə mövsümdə ikinci dəfə yaşandığından, bakılılar 500 manat ziyana düşüb.

Bənzər xəbərlər