featured-image-58483

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri iticket.az saytında olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” qarşılaşması 15 dekabr tarixində saat 18:30-da start götürəcək.

Bənzər xəbərlər