featured-image-61729

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç hələ də Rusiya vətəndaşlığı almaq istəyir.

Msport.az xəbər verir ki, monteneqrolu mütəxəssis bunun üçün müvafiq qurumlara rəsmi müraciət etmədiyini bildirib.

“Mən sadəcə, onu almaq istədiyimi demişəm. Arzu hələ də qalır. Hazırda isə İranda işləyirəm, ona görə də bu suala vaxtım yoxdur. Mənim üç pasportum var. Hazırda vətəndaşlıq almaq məsələsi üzərində işləmirəm, amma Rusiya pasportundan imtina etməzdim”.

Qeyd edək ki, Bojoviç ötən il “Neftçi”yə başçılıq edib.

Bənzər xəbərlər