featured-image-62172

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç karyerasında 23-cü dəfə yeni klubla müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, monteneqrolu mütəxəssis İranda komandasını dəyişib.

56 yaşlı çalışdırıcı “İstiqlal Xuzestan”la müqaviləsini birtərəfli ləğv edib. Buna səbəb adıçəkilən komandanın maliyyə şərtlərini yerinə yetirməməsi göstərilib.

Bojoviç İranın digər yüksək liqa klubu “İstiqlal”ın sükanı arxasına keçib. O, Tehran təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Miodraq Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb.

Bənzər xəbərlər