featured-image-61733

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan daha bir təyinat alıb.

Msport.az xəbər verir ki, oyunlara UEFA nümayəndəsi kimi gedən funksioner bu dəfə Avropa Liqasının pley-off mərhələsində iş başında olacaq.

Belə ki, o, “Qalatasaray”la (Türkiyə) “AZ Alkmaar” (Niderland) arasında fevralın 20-də təşkil olunacaq matçın UEFA nümayəndəsi olacaq. Oyun İstanbuldakı “Ali Sami Yen” stadionunda keçiriləcək.

Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşmada niderlandlılar 4:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər