“Neftçi”nin sabiq prezidenti Serbiya – İsveç matçına təyinat aldı
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
Msport.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turu çərçivəsində Serbiya və İsveç milli komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.
Sentyabrın 24-də baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.