"Neftçi"nin təklifini qəbul etmədi
“Neftçi” Rusiyanın MOİK və “Ural” klublarının sabiq baş məşqçisi Viktor Qonçarenko ilə danışıqlar aparıb.
Msport.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 47 yaşlı mütəxəssisə təklif göndərsə də, o, komandanın sükanı arxasına keçməkdən imtina edib. “Neftçi” Qonçarenko ilə Miodraq Bojoviçlə müqavilə bağlamamışdan əvvəl danışıqlar aparıb.
“Neftçi” ilə yanaşı, Rusiyanın “Pari Nijni Novqorod” klubunun da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Viktor Qonçarenko MOİK-lə iki dəfə (2016/2017, 2017/2018) Rusiya çempionatında gümüş medal qazanıb, 2018-ci ildə isə ölkə Superkubokunun qalibi olub.