featured-image-77808

FIFA-nın “Neftçi”yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq.

Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat yayılıb.

Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq klub tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq.

Vurğulanıb ki, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb.

Bənzər xəbərlər