“Neftçi”nin yaponiyalısı “Kəpəz”ə keçdi - RƏSMİ
“Neftçi” futbolçusu Ryonosuke Ohoridən canını qurtarıb.
Msport.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi karyerasını yenə də Azərbaycan Premyer Liqasında davam etdirəcək.
Çünki 24 yaşlı orta sahə oyunçusu “Kəpəz”ə icarəyə verilib. Onun icarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin yanvarında “Neftçi”yə keçən Ohori paytaxt klubunun heyətində 11 oyun keçirib.