"Neftçi"nin yeni transferi Banişevskinin nömrəsində oynayacaq
“Neftçi” yeni transferini təqdim edib. Msport.az xəbər verir ki, Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu ilə 1,5 illik müqavilə imzalanıb.
Karyerasına İngiltərədə başlayan 27 yaşlı futbolçu “Koventri” klubunun yetirməsidir. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək. Qeyd edək ki, vaxtilə 9 nömrəli formada “Neftçi”nin əfsanəsi Anatoli Banişevski çıxış edib.