featured-image-79304

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Portuqaliyanın “Santa Klara” klubundan Qustavo Klismanı tranfer edib.

26 yaşlı braziliyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır.

O, əvəllər “Vissel Kobe” (Yaponiya) , “Portomonense” (Portuqaliya), “Alverka” (Portuqaliya) klublarında da çıxış edib.

Yeni legionerlə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Klisman ötən mövsüm qışdan sonra Portuqaliya liqasında 16 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçinin “Santa Klara” ilə 2027-ci ilin iyununa qədər müqaviləsi olduğu üçün “Neftçi” transferə görə Portuqaliya klubuna pul ödəyib.

 

Bənzər xəbərlər