featured-image-77534

Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.

Msport.az xəbər verir ki, matç “Palms Sports Arena”da baş tutub.

Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanıb. “Ağ-qaralar”ın heyətində qolları 55-ci dəqiqədə Emil Səfərov və 90+2-ci dəqiqədə Bassala Sambu vurub. Elvin Bədəlov isə 85-ci dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci yerdə qalıb, “Neftçi” isə 47 xalla dördüncü pilləyə yüksəlib.

Bənzər xəbərlər