featured-image-60044

Mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən “Neftçi” İK iki futzalçı ilə anlaşıb.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb.

Sonuncu Rusiyanın “Norilski Nikel” komandasından gəlib. Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.

Bənzər xəbərlər