featured-image-64154

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Sabah”ın qonağı olacaq.

Msport.az xəbər verir ki, “ağ-qaralar” paytaxt derbisinə itkilərlə çıxacaq.

Belə ki, Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori komandanın son məşqində iştirak etməyiblər. Buna səbəb onların zədədən əziyyət çəkmələridir. Bassala Sambu isə cəza səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk matçda “Sabah” 2:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər