featured-image-60849

“Neftçi” Azərbaycan Premyer Liqasında “Şamaxı”nı məğlub edib.

Msport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib. 45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 9-cu sıradadır.

Qeyd edək ki, XXI turun matçında “Kəpəz” “Sabah”ı 3:2 hesabı ilə üstələyib. Tura fevralın 2-də yekun vurulacaq.

Bənzər xəbərlər