featured-image-62369
“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.
Msport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.
Ukraynalı yarımmüdafiəçi Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlanacaq.

Bənzər xəbərlər