“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda
Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 manat (“VIP Gold” sektoru) təşkil edən biletləri https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 11:00-dan etibarən satışda olacaq. Mövsümlük biletləri də onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, sabah “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq.