featured-image-60274

“Neftçi” klubunun U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

Msport.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.

Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Bənzər xəbərlər