featured-image-64221

“Neftçi” Azərbaycan Kubokunda finala yüksələ bilməsə də, “Sabah”la oyun “ağ-qaralar” üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında bakılılar 40-cı dəfə kubokda heç-heçə edib – 1:1.

“Neftçi” 180-ci qarşılaşmasında 40-cı bərabərliyinə imza atıb. Komanda eyni zamanda 20-ci səfər heç-heçəsini edib. Bunun üçün isə 82 səfər matçı baş tutub. Digər bərabərliyin 17-si evdə, 3-ü neytral meydana qeydə alınıb.

Qeyd edək ki, ilk oyunda 1:2 hesabı ilə uduzan “Neftçi” yarımfinalda mübarizəni dayandırıb.

Bənzər xəbərlər