Nəhənglərin transfer yarışı
“Liverpul” və “Real” “Brayton”un müdafiəçisi Luka Vuşkoviçi transfer etməkdə maraqlıdır.
Msport.az xəbər verir ki, 19 yaşlı xorvatiyalı futbolçu Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Onun 2027-ci ildə komandasını dəyişməsi mümkündür. Vuşkoviç bu yay “Tottenhem”dən “Brayton”a keçib. Klub onun transferi üçün bonuslarla birlikdə 50 milyon funt sterlinqə yaxın vəsait ödəyib. Müdafiəçi yeni komandasında inamlı çıxışı ilə diqqət çəkib və Premyer Liqada keçirdiyi ilk yeddi oyunun hamısına start heyətində başlayıb.
“Brayton” rəhbərliyi futbolçunun potensialını yüksək qiymətləndirir və onun dəyərinin artıq 100 milyon funt sterlinqə çata biləcəyini düşünür. Bu isə Vuşkoviçin transferini digər klublar üçün çətinləşdirə bilər.







