Niderland millisindən antirekord
Niderland millisi tarixində antirekord müəyyənləşdirib.
Msport.az xəbər verir ki, bu, Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda Fransa ilə matçda gerçəkləşib.
“Narıncılar” topa sahibolmada 37 faizlik nəticə göstərib. Bu, belə göstəricinin hesablandığı dövr üçün Niderlandın Avropa çempionatlarındakı antirekordudur. İndiyədək onlar bu qədər topsuz qalmayıb.
Qeyd edək ki, topa sahibolma qitə çempionatlarında 1980-ci ildən hesablanır.