“Nürnberq” Mahir Emreli ilə bağlı qərarını qətiləşdirdi
Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti mövsümü də “Nürnberq”də keçirə bilər.
Msport.az xəbər verir ki, Almaniya klubu 27 yaşlı forvardı heyətində saxlamaqda maraqlıdır.
Bu səbəbdən II Bundesliqa klubu Emreliyə tezliklə yeni müqavilə təklif edəcək. Bir müddət əvvəl Cənubi Koreyadan təklif alan Mahir sonda “Nürnberq”də qalmağı üstün tutmuşdu.
Qeyd edək ki, mövsümün əvvəlində “Nürnberq”ə keçən Emrelinin klubla müqaviləsi yaya qədərdir.