Olmo “El Klasiko”nu buraxacaq
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu Çempionlar Liqasının 3-cü turunda PSJ ilə matçda (2:4) zədələnib. Müayinə zamanı onun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb. O, rəqiblə toqquşma zamanı xəsarət alıb.
Qeyd edək ki, La Liqanın 10-cu turu çərçivəsində “Barselona” və “Real” oktyabrın 25-də üz-üzə gələcəklər.







