Oman Bakıya gələ bilmədi - "FİFA Series"in formatı dəyişir
Oman millisi Bakıda keçiriləcək “FİFA Series-2026″da iştirak edə bilməyəcək.
Msport.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Yaxın Şərqdə yaranmış vəziyyət səbəbindən Oman komandası Bakıya uça bilməyəcək.
Əvvəl təsdiq edilmiş plana əsasən, martın 27-də yarımfinalda Azərbaycan Sent Lüsiya ilə, Oman isə Syerra Leone ilə qarşılaşmalı idi.
Oman millisinin turnirdən çəkilməsindən sonra “FIFA Series-2026”-nın formatında dəyişiklik ediləcək.







