featured-image-68224

“Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Oyundan sonra keçirilən mətbuat konfransında “Omoniya”nın baş məşqçisi Henninq Berq fikirlərini bildirib: “Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq. Hazırda bu nəticədən sonra komandamız əla vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiə olunanda yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım”.

Baş məşqçi daha əvvəl qarşılaşdıqları “Qarabağ”la “Araz-Naxçıvan”ı müqayisə edib: “Qarabağ”la qarşılaşanda səfərdə heç-heçə onamışdıq. Patrik Andrade də orada oynayırdı. “Qarabağ” daha təcrübəli idi, “Araz-Naxçıvan” yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. “Araz-Naxçıvan” yaxşı oyun nümayiş etdirir. “Aris”ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və “Araz-Naxçıvan”ın işini çətinləşdirdik”.

Bənzər xəbərlər