featured-image-21538

Ovusu Kvabena yaxın günlərdə “Qarabağ”dan ayrılacaq. Qanalı hücumçu qış transfer pəncərəsi bağlanana kimi “Ferentsvaroş”a keçmək niyyətindədir.

Ağdam klubu hücum xəttinə Redon Cicanı aldığından Ovusunun buraxılmasının əlehinə deyil. Həm də 25 yaşlı futbolçu yayda azad agent olacaq. Düzdür, indi Macarıstan klubunun “Qarabağ”a ödəyəcəyi məbləğ çox azdır, sadəcə forvard özü Azərbaycandan qalmaqda maraqlı olmadığıından Qurban Qurbanov onu buraxmağa razılıq verib.

Ovusunu “Ferentsvaroş”ə çəkən əsas səbəb maliyyə məsələdiri. Msport.az-ın əldə etdiyi məlumata görə hücumçu Budapeşt klubunda ili 700 min avroya oynayacaq. O “Qarabağ”da isə ilinə 350 min avro əməkhaqqı alırdı.

AYXAN 

Bənzər xəbərlər