Özbək futbolçu "Sumqayıt"da debüt etdi
“Sumqayıt”ın yeni transferi Casurbek Caloliddinov Azərbaycan Premyer Liqasında debüt edib. Msport.az xəbər verir ki, o, 11-ci turda “Sabah”la oyunda meydana daxil olub.
22 yaşlı futbolçu 80-ci dəqiqədə meydana çıxıb.
Özbəkistanlı vinger son olaraq ölkəsində “Netçi” klubunun formasını geyinib. O, buna qədər “Lokomotiv” (Daşkənd), “Olimpik”, “Əndicon”, “Kayrat” komandalarının şərəfini qoruyub.
Caloliddinovun “Sumqayıt”la müqaviləsi 2025-ci ilin iyununa kimidir.