featured-image-55853

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özilin Bakıya səfərinin səbəbi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə türkiyəli professor İrfan Gündüz ulduz futbolçunun Bakıya səfəri ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, gələcəkdə azərbaycanlı uşaqları M.Özilin adını daşıyan futbol akademiyasına cəlb etmək istəyirlər.

Qeyd edək ki, Türkiyə əsilli veteran yarımmüdafiəçi “Real Madrid”dən başqa, İngiltərənin “Arsenal” və ölkəsinin “Fənərbağça” komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Bənzər xəbərlər