Paytaxt derbisinin biletləri satışda – 2 manatdan 20 manatadək
Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletləri iticket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti isə sektorlara uyğun olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edir. Matç günü oyunun keçiriləcəkyi stadionun kassalarında da biletlər satılacaq.
Qeyd edək ki, aprelin 13-də təşkil olunacaq görüş saat 19:15-də başlayacaq.