featured-image-62122

Qeyri-sabiq hava şəriti ölkədaxili oyunların təxirə salınıb-salınmayacağı ilə bağlı suallar doğurub.

Msport.az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla əlaqədar olaraq bəyanat yayıb.

Bəyanatda belə deyilir:

“Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”.

Bənzər xəbərlər