featured-image-62602

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun “Sumqayıt” – “Kəpəz” oyunundan əvvəl təqdim edilib.

Bənzər xəbərlər