featured-image-62101

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, qurum rəsmisi bu dəfə UEFA Konfrans Liqası matçında olacaq.

O, 1/8 final mərhələsi çərçivəsində “Panatinaikos”la (Yunanıstan) “Fiorentina” (İtaliya) arasında birincilərin meydanında baş tutacaq qarşılaşmanın UEFA nümayəndəsi olacaq.

Martın 6-da keçiriləcək oyun Afina Olimpiya Stadionunda təşkil olunacaq.

Bənzər xəbərlər