Premyer Liqa: “Qarabağ”dan darmadağın
Azərbaycan Premyer Liqasında 26-cı tur davam edir.
Msport.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Görüş meydan sahiblərinin 7:0 hesablı darmadağını ilə yekunlaşıb. Bu qalibiyyət sayəsində xallarının sayını 55-ə çatdıran ağdamlılar 2-ci pillədə qərarlaşır. Sonuncu sırada yer alan “Karvan-Yevlax”ın isə 8 xalı var.
6 aprel
“Qarabağ” – “Karvan-Yevlax” – 7:0
Qollar: Leandro Andrade, 23, 64; Kamilo Duran, 31, 45, 48; Dani Bolt, 40; Abdullah Zubir, 43
Tofiq Bəhramov adına Respublika Stadionu







