featured-image-56929

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda yaşanan hadisələrlə bağlı qərarlarını açıqlayıb.

Msport.az xəbər verir ki, komitə 3 görüşlə bağlı cəza tətbiq edib.

“Neftçi”lə oyunda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə 1 oyunluq cəzalanıb, klubunu 500 manat ziyana salıb. Matçın 30-cu dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması “Neftçi”ni 800 manat xərcə salıb.

“Qarabağ”la oyunda azarkeşləri pirotexniki vasitədən istifadə edən “Turan Tovuz” 1500 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması ucbatından tovuzlular daha 800 manat xərc çəkəcək. “Qarabağ” isə azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərəri ödəməli olacaq.

“Səbail”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə edilib.

Bənzər xəbərlər