featured-image-84038

“Arsenal” 2026-cı ilin dünya çempionu Aleks Baenanı transfer etmək üçün yenidən hərəkətə keçib.

Msport.az xəbər verir ki, London təmsilçisi Madrid “Atletiko”sunun 25 yaşlı cinah futbolçusunu yanvar transfer pəncərəsində heyətinə qatmaq istəyir.

“Arsenal” daha əvvəl də ispaniyalı futbolçu ilə maraqlanıb. Lakin Baena 2025-ci ilin yayında “Vilyarreal”dan “Atletiko”ya keçib. Madrid klubu futbolçusunu satmağa razılaşacağı təqdirdə, İngiltərə təmsilçisi onun üçün 42 milyon avrodan xeyli yüksək məbləğ ödəməli olacaq. “Atletiko” Baenanı məhz bu qiymətə transfer edib.

İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 12 qarşılaşmada iştirak edib, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Baenanın “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər