Premyer Liqa nəhənglərinin hədəfi
İngiltərə Premyer Liqasının iki aparıcı klubu – “Arsenal” və “Mançester Yunayted” “Bornmut”un futbolçusu Evanilsonu heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, hər iki klub 27 yaşlı braziliyalı futbolçunun mümkün transferi barədə artıq məlumat istəyib.
Lakin “Bornmut” hücumçusunu asanlıqla buraxmaq niyyətində deyil. Klub Evanilson üçün ən azı 65 milyon avro məbləğində təklifləri nəzərdən keçirməyə hazırdır. Evanilson cari mövsümdə Premyer Liqa və Avropa Liqasında ümumilikdə doqquz oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, braziliyalı hücumçunun transferi ilə bağlı hələlik rəsmi təklif daxil olmayıb.







