“Araz-Naxçıvan” Şamaxıda qalib gəlib "Zirə"ni keçdi
Azərbaycan Premyer Liqasında XXV tura bu gün start verilib.
Msport.az xəbər verir ki, günün yeganə matçında “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edib.
Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Naxçıvan klubu bu qələbədən sonra xallarının sayını 39-a çatdıraraq, “Zirə”ni keçib və 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.
18 mart (çərşənbə)
Azərbaycan Premyer Liqası, 25-ci tur
15:00.“Şamaxı” – “Araz-Naxçıvan” – 0:1
Qol: Vladislav Veremeyev, 57-avtoqol
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Şamaxı şəhər stadionu
19 mart (cümə axşamı)
15:00.“Karvan-Yevlax” – “Zirə”
Yevlax şəhər stadionu
19:15.“Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”
20 mart (cümə)
15:00.“Kəpəz” – “Qarabağ”
Yevlax şəhər stadionu
19:15.“Neftçi” – “İmişli”
“Palms Sports Arena”,
21 mart (şənbə)
16:00.“Turan Tovuz” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu







