Qubada qol səsi çıxmadı, "Sabah"dan çətin qələbə
Azərbaycan Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Şamaxı” “İmişli”nin qonağı olub.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb – 0:0.
Günün ikinci görüşündə “Sabah” “Kəpəz”i qəbul edib. “Bank Respublika Arena”a keçirilən matçda meydan sahibləri çətinliklə qələbə qazanıblar. Kahim Parrisin 88-ci dəqiqədə vurduğu qol “Sabah”a vacib 3 qol qazandırıb.
Premyer Liqa
XXI tur
22 fevral
14:30. “İmişli” – “Şamaxı” 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Sabah” – “Kəpəz” 1:0
Qol: Kahim Parris, 88.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (hər ikisi 2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” qarşılaşması qolsuz başa çatıb. Turun “Neftçi” – “Qarabağ” oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.






