featured-image-77095

Azərbaycan Premyer Liqasında XXVIII tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

“Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma Sumqayıtdakı “SOCAR Polymer Arena”da, saat 17:00-da start götürəcək. Tovuz klubu 52 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş “Zirə” İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq. Rəqibindən bir oyun az keçirən “ağ-qaralar” 43 xalla beşinci, meydan sahibləri 44 xalla dördüncüdür.

Tura aprelin 19-da yekun vurulacaq.

Bənzər xəbərlər