"Neftçi" Konfrans Liqasında!
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçirilib.
“Zirə” öz meydanında “Sumqayıt”ı, “Sabah” isə “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edib.
“Ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib. Paralel oyunda isə “Zirə” “Sumqayıt”la bərabərə qalıb – 1:1. Beləliklə, “Neftçi” ölkəmizi 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək 4-cü klub olub. Yuri Vernidubun komandası mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.
17 may (bazar)
Azərbaycan Premyer Liqası, 32-ci tur
18:00. “Zirə” – “Sumqayıt” – 2:1
Qollar: Ruan Renato, 19-pen. (1:0), Aleksandr Ramalinqom, 45 (1:1), Ruan Renato, 90+8-pen. (2:1)
18:00. “Sabah” – “Neftçi” – 1:2 (İkinci hissə)
Qol: Aleksey İsayev, 3 (1:0), Andrey Ştoqrin, 9 (1:1), İfeanyi Metyu, 70 (2:1)
Baş Hakim: Kamal Umudlu,
“Bank Respublika Arena”
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i (2:0), “Qəbələ” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “İmişli”ni (3:0), “Şamaxı” “Turan Tovuz”u (3:2) məğlub edib.







