“Zirə” Yevlaxda çətin qələbə qazandı, Sabah”dan daha bir qalibiyyət
Azərbaycan Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Zirə” “Karvan-Yevlax”ın qonağı olub.
Yevlax şəhər stadionunda keçirilən görüşdə qonaqlar minimal hesabla qələbə qazanıblar – 1:0. “Zirə”nin yeganə qolunu Anatoli Nuriyev vurub. Bu qələbədən sonra Rəşad Sadıqovun komandası xallarının sayını 42-yə çatdırıb və yenidən 4-cü pilləyə yüksəlib.
Günün ikinci görüşündə “Sabah” “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəi ilə başa çatıb. “Sabah” 62 xalla liderliyini davam etdirir.
Azərbaycan Premyer Liqası
XXV tur
19 mart
15:00. “Karvan-Yevlax” – Zirə” 0:1
Qol: Anatoli Nuriyev, 79.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
19:15. “Sabah” – “Sumqayıt” – 3:1
Qol: Kahim Parris, 24 (1:0), Coy Lens Mikels, 49 (2:0), Velko Simiç, 71 (3:0), Nsana Simon, 90+2 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.







