Premyer Liqada çıxış edən hücumçunun evi qarət olundu
“Nyukasl”ın hücumçusu Aleksander İsakın evin qarət olunub. Msport.az “The Sun”a istinadən xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Fulhem” – “Nyukasl” oyunundan (0:1) təxminən 48 saat əvvəl baş verib.
Polisin məlumatına görə, cinayətkarlar isveçli futbolçunun evin həyətində olan avtomobilini oğurlayıblar. İsak və ailə üzvlərinin həmin vaxt evdə olub-olmamasına dair heç bir məlumat verilmir.
Qeyd edək ki, bir müddət öncə İsakın komanda yoldaşı hücumçu Joelinton və “Mançester Siti”nin oyunçusu Cek Qrilişin də evi qarət olunmuşdu.