featured-image-60226

Azərbaycan Premyer Liqasında 19-cu turun “Zirə” ilə matçı “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə üçün yubileylə əlamətdar olub.

Msport.az xəbər verir ki, müdafiəçi ölkə çempionatında 250-ci oyununa çıxıb.

Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/12 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib.

O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.

Bənzər xəbərlər