Premyer Liqamızda ehtiyatda qalan futbolçular
Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında dörd oyunçu bütün matçları ehtiyat oyunçular skamyasından izləyib.
Msport.az xəbər verir ki, bunların hamısı qapıçılardır.
Qolkiperlərdən Abdulla Seydəhmədov, Kamal Bayramov (“Şamaxı”), Əlirza Müştəbazadə (“Səbail”) və Mehman Hacıyev (“Turan Tovuz”) mövsümün 18 qarşılaşmasının heç birində iştirak etməyiblər.
Qeyd edək ki, mövsümün ilk yarısında keçirilən 18 turda 90 matç baş tutub.