Premyer Liqanın bombardiri üçün yubiley
Azərbaycan Premyer Liqasının 29-cu turu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade üçün ikiqat yaddaqalan olub.
Msport.az xəbər verir ki, həm komandası qələbə qazanıb, həm də hücumameyilli oyunçu yubiley matçını keçirib.
Belə ki, “Zirə” ilə qarşılaşma onun Azərbaycan çempionatlarında 100-cü oyunu olub. 25 yaşlı kabo-verdeli geridə qalan 100 görüşdə 32 qola imza atıb. Andradenin Premyer Liqada debütü 2021-22 mövsümündə reallaşıb. Futbolçu ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfər (2:1) matçında keçirib.
Qeyd edək ki, Leandro Andrade hazırda 11 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.