Premyer Liqanın debütantında yeni müqavilə
Yeni mövsüm Premyer Liqada çıxış edəcək “Karvan-Yevlax”ın daha bir futbolçusunun aqibəti bəlli olub.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Rəhman Şabanov komandada saxlanılıb.
28 yaşlı oyunçu ilə yeni 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rəhman Şabanov “Karvan-Yevlax”ın heyətində ötən mövsüm 23 oyunda 2 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.