Pro kursunun I modulu keçirildi
Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Msport.az xəbər verir ki, tədbir AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində baş tutub.
Modula AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov rəhbərlik edib. Ona təlimatçı Osman Rəhimov köməkliklik göstərib.
I mərhələ tanışlıq xarakteri daşıyıb. Kurs haqqında ümumi məlumat verilib, iştirakçılar hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə məlumatlandırılıblar.